"Əgər Tehranın özü neft ixrac edə bilməyəcəksə, İran regionda heç kimə neft satmağa imkan verməyəcək".
"AzPolitika" xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Bizim neft sata bilmədiyimiz regionda heç kim neft sata bilməyəcək. Əgər təhlükəsizliyimiz təmin olunmasa, heç bir infrastruktur obyekti təhlükəsiz qalmayacaq. Hörmüz boğazında təhlükəsizlik yalnız ABŞ qüvvələri bölgədə olmadığı halda mümkündür", - deyə o bildirib.
Qalibaf vurğulayıb ki, ABŞ ilə münaqişədə yaranmış vəziyyətin məntiqi belə bir qaydaya gəlib çıxıb: "Ya hamısı, ya heç kim!".

Şərhlər