Menu

ABŞ-dən İrana kritik həmlə: Strateji bombardmançı ilk dəfə tətbiq edildi

23.07.2026, 09:16
ABŞ-dən İrana kritik həmlə: Strateji bombardmançı ilk dəfə tətbiq edildi

ABŞ Silahlı Qüvvələri İrana qarşı zərbələrin bərpasından sonra ilk dəfə olaraq "B-1 Lancer" strateji bombardmançısından istifadə edib.

"AzPolitika" xəbər verir ki, bu barədə "Axios" portalı ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, "B-1" bombardmançısının ilk döyüş uçuşu ABŞ-ın İrana qarşı hərbi kampaniyasının genişləndirilməsinin göstəricisi hesab olunur.

Mənbələrin bildirdiyinə görə, strateji bombardmançının iştirakı ilə həyata keçirilən zərbə üçün Böyük Britaniyada yerləşən hərbi bazadan istifadə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol