Bu axşam UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ" növbəti sınağına çıxacaq.
"AzPolitika" xəbər verir ki, Ağdam klubu doğma meydanda Bolqarıstan təmsilçisi SSKA ilə üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
Matçı İtaliyadan olan FIFA referisi Daniele Çiffi idarə edəcək.
Komandalar arasında cavab oyunu iyulun 30-da Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək.
Bu cütün qalibi UEFA Avropa Liqasının III təsnifat mərhələsində Moldova təmsilçisi "Şerif" və İsrailin "Makkabi" (Tel-Əviv) komandaları arasında keçiriləcək qarşılaşmanın qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, "Qarabağ" azarkeşləri doğma meydanda komandalarının uğurlu nəticə qazanacağına ümid edirlər.

Şərhlər