Menu

ABŞ quru əməliyyatına başlayır? - İran xəbərdarlıq etdi

23.07.2026, 11:01
ABŞ quru əməliyyatına başlayır? - İran xəbərdarlıq etdi

“İran Silahlı Qüvvələri ABŞ ilə qarşıdurmanın yeni mərhələsinə daxil olub”.

"AzPolitika" xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin sözçüsü Əmir Məhəmməd Əkrəminiya deyib.

“Əgər ABŞ ölkənin cənubundakı infrastruktura hücumlarını davam etdirsə, İran düşməni müharibəni davam etdirməkdən çəkindirmək üçün yeni strategiyalar və ssenarilər" həyata keçirəcək. ABŞ-nin İranın infrastrukturuna və sahilyanı bölgələrinə hücumları davam etdiyi müddətdə Silahlı Qüvvələrin cavab zərbələri də davam edəcək”, - o bildirib.

Əkrəminiya həmçinin qeyd edib ki, quru əməliyyatı baş verərsə, hücum edən qüvvələrin itkiləri və zəifliyi hava hücumları ilə müqayisədə xeyli daha çox olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol