İranın Yaxın Şərqdəki proksi qüvvələrindən sayılan Yəməndəki Husilər Səudiyyə Ərəbistanı tankerlərinə hücum ediblər.
“AzPolitika” xəbər verir ki, sosial mediada Husilərin vurduğu tankerin yanmasına dair görüntülər yayımlanıb.
Bu, dəniz blokadası elan edildikdən sonra Husilərin Qırmızı dənizdə Səudiyyə Ərəbistanı gəmilərinə ilk zərbəsidir.
CNN-in məlumatına görə, hücumdan sonra tankerlərdən birində yanğın baş verib. Səudiyyə hakimiyyəti bildirib ki, gəmi heyətinə zərər dəyməyib.
Daha əvvəl Tramp mülki gəmilərə hücumlar davam edərsə, körpülər və elektrik stansiyaları da daxil olmaqla İran infrastrukturuna zərbələır endirəcəyi ilə hədələmişdi.
Bu arada, neft qiymətləri yenidən yüksəlir və Brent neftinin qiyməti hazırda bir barel üçün 96 dolları keçib.
“AzPolitika.info”

Şərhlər