ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artıraraq bölgəyə əlavə qoşun və silah göndərir.

Bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, son bir həftədə ABŞ-dəki hərbi bazalardan Yaxın Şərqə xüsusi əməliyyat qüvvələri yerləşdirilib. Eyni zamanda, Yaxın Şərqdə yaralanan ABŞ hərbçilərinin əsas müalicə mərkəzi olan Almaniyanın Landstuhl Tibb Mərkəzinə 150-dən çox tibb işçisi göndərilib.

Mənbələrin bildirdiyinə əsasən, regiondakı aviabazalara əlavə qırıcı eskadrilyalar yerləşdirilib, ABŞ və Böyük Britaniyadakı bazalarda olan strateji bombardmançı təyyarələr isə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Qəzet qeyd edir ki, bu addımlar ABŞ prezidenti Donald Tramp administrasiyasının İrana qarşı hərbi əməliyyatları genişləndirmək variantını nəzərdən keçirdiyinə işarə edir. 

"AzPolitika.info"