Menu

ABŞ İranda bu hədəfləri vurub - SİYAHI

23.07.2026, 13:24
ABŞ İranda bu hədəfləri vurub - SİYAHI

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı həyata keçirilən hərbi əməliyyatların 12-ci gecəsində hədəfə alınan bölgələri açıqlayıb.

Məlumata görə, əməliyyatlar zamanı Əhvaz, Buşehr, Kermanşah əyalətinin İslamabad-e Qərb şəhəri, Mahşəhr, Əndimeşk, Şələmşə, Ramşir, Cask və Sirik şəhərlərində yerləşən hərbi obyektlərə genişmiqyaslı hava və raket zərbələri endirilib.

CENTCOM bildirib ki, ABŞ qüvvələri əməliyyat çərçivəsində:

- İranın dəniz qüvvələrinə aid imkanlarını;

- Raket və pilotsuz uçuş aparatlarının saxlanma məntəqələrini;

- Sahil müşahidə postlarını və hava hücumundan müdafiə sistemlərini hədəfə alıb.

Komandanlığın açıqlamasına əsasən, cari ay ərzində İranda onlarla hərbi obyekt vurulub.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol