İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın rəhbəri Roman Qofman iki həftə əvvəl Vaşinqtona səfəri zamanı Tramp administrasiyasının yüksək vəzifəli şəxsləri ilə görüşüb.

"AzPolitika" xəbər verir ki, bu barədə CNN mənbəyə istinadən məlumat yayıb.

Telekanal mənbəyə istinadən xəbər verir ki, Qofman İranla bağlı Pikaks dağı, uran və iqtisadiyyat haqqında kəşfiyyat məlumatlarını paylaşıb.

CNN şərh almaq üçün Ağ Evlə əlaqə saxlayıb. Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) şərh verməkdən imtina edib.(publika.az)