Filippinin paytaxtı Manilada Rusiya və Amerika nümayəndə heyətləri arasında keçirilən görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynaya Qərb silahlarının tədarükünün dayandırılmasının vacibliyini bəyan edib.
“AzPolitika” xəbər verir ki, Rusiya XİN-in rəsmi məlumatında belə deyilir.
23 iyulda baş tutan görüşdən sonra verilən açıqlamada deyilir ki, "Ukrayna məsələlərinin müzakirəsi zamanı S.V. Lavrov Kiyev rejiminin daha da silahlandırılmasının yolverilməzliyini vurğulayıb". Nazir həmçinin bildirib ki, Avropa ölkələrinin Rusiyaya qarşı "sabitliyi pozan siyasəti" davam edir və Rusiyanı "strateji məğlubiyyətə uğratmaq" istəyi var.
Marko Rubio öz növbəsində jurnalistlərə bildirib ki, Ukraynada sülh müqaviləsi "yeni ideyalar" tələb edəcək, çünki indiyə qədər irəli sürülən təkliflər əvvəllər Kiyev üçün "qəbuledilməz" idi və indi çox güman ki, "daha da qəbuledilməzdir”: "Əgər sülh bərqərar olarsa, bu, yeni ideyalar və konsepsiyalar sayəsində olacaq və fürsət yaranarsa, müvafiq şərait yaradılarsa, biz onlardan bəzilərini müvafiq mühitdə və müvafiq formada təklif etməyə hazırıq".
Rubio ilə Lavrov arasında 2025-ci ilin payızından bəri keçirilən ilk üzbəüz görüş cəmi 35 dəqiqə davam edib.
“AzPolitika.info”

Şərhlər