Rusiyalı Z-bloqçu və siyasi texnoloq Viktor Vasilyev Qırğızıstandan qovulub. 

“AzPolitika” xəbər verir ki, bu barədə o özü Telegram kanalında məlumat yayıb.

Onun ölkəyə girişi də 10 il müddətinə qadağan edilib. Bundan öncə o, Qırğızıstandan rus ordusuna muzdlu əsgərlər cəlb etməkdə ittiham olunub. Qırğızıstan vətəndaşlarını Ukraynaya qarşı döyüşmək üçün cəlb etdiyinə görə, Vasilyev məsuliyyətə cəlb edilib. O, bir il iki ay məhkəməyəqədər həbsdə saxlandıqdan sonra 12 iyunda azadlığa buraxılıb.

Vasilyev və Qırğızıstandakı Rus Evinin əməkdaşı da daxil olmaqla bir neçə nəfər 2025-ci ilin aprelində saxlanılmışdılar və onların hamısı Qırğızıstan vətəndaşlarını muzdlu kimi müharibəyə cəlb etməkdə günahlandırılırdılar.

Araşdırmaçı jurnalistlərin məlumatına görə, Vasilyev Rusiya hərbi kəşfiyyatı - QRU ilə əməkdaşlıq edir, daha əvvəl isə “Vaqner” PMC muzdlu dəstəsinin qurucusu Yevgeni Priqojinin siyasi texnoloqu kimi çalışıb.

“AzPolitika.info”