Menu

Parisdən Tehrana sərt mesaj: Bütün cavab variantlarını nəzərdən keçiririk

23.07.2026, 19:43
Parisdən Tehrana sərt mesaj: Bütün cavab variantlarını nəzərdən keçiririk

Fransa xarici işlər naziri Jan-Noel Barro Tehranda iki fransalı diplomatın saxlanılmasını “çox ciddi və əvvəlcədən planlaşdırılmış hücum” adlandırıb.

"AzPolitika" xəbər verir ki, o, İranın bu addımının cavabsız qalmayacağını bildirib.

Baronun sözlərinə görə, Paris bu hadisəyə cavab vermək üçün bütün mümkün variantları nəzərdən keçirir.

O əlavə edib ki, İran təhlükəsizlik orqanları tərəfindən iyulun 20-də saxlanılan iki fransalı diplomat artıq Parisə qayıdıb:

“Diplomatlar təxminən dörd saat rabitə vasitələrindən və Fransa səfirliyi ilə əlaqə saxlamaq imkanından məhrum edilərək saxlanılıblar. Onlardan biri saxlanılarkən fiziki zorakılığa məruz qalıb”.

Jan-Noel Barro qeyd edib ki, həmin diplomatlar İranda vətəndaş cəmiyyətinə, o cümlədən tələbələrə və incəsənət nümayəndələrinə dəstək proqramları həyata keçirir, həmçinin səfirliyin xidmətləri çərçivəsində fransız dili kurslarını təşkil ediblər.

XİN rəhbəri vurğulayıb ki, bu hadisə İranın Fransanı İran xalqına dəstək verməkdən çəkindirmək cəhdi olduğunu göstərir. O əlavə edib ki, buna baxmayaraq, Paris İran xalqına dəstəyini davam etdirəcək.(Teleqraf)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol