Menu

Məşhur aktyor, aparıcı və jurnalistlər istintaqa çağırıldı – KİMLƏR VAR?

23.07.2026, 20:11
Məşhur aktyor, aparıcı və jurnalistlər istintaqa çağırıldı – KİMLƏR VAR?

Türkiyədə qalmaqallı təhqiqat çərçivəsində şou-biznes və media dünyasının tanınmış simaları ifadə vermək üçün prokurorluğa dəvət olunub.

"AzPolitika" Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan "AHBAP" təhqiqatı çərçivəsində daha 6 tanınmış şəxsin ifadəsinə müraciət olunacaq.

İfadəyə çağırılanlar arasında cəmiyyətdə geniş tanınan bu simalar yer alıb:

Jurnalistlərdə Fatih Altaylı, Ruşen Çakır, Özlem Gürses, komediya aktyoru Şahan Gökbakar, aktrisa Hazal Kaya və sodial media fenomeni Fatih Koparan.

Hüquq-mühafizə orqanlarının sözügedən iş üzrə araşdırmaları davam etdirilir. İfadə prosesindən sonra addımların necə olacağı maraqla gözlənilir.

Rasim

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol