Menu

Adil Kərimli Flora Kərimovanı ziyarət edib - FOTOLAR

23.07.2026, 23:38
Adil Kərimli Flora Kərimovanı ziyarət edib - FOTOLAR

Mədəniyyət naziri Adil Kərimli iyulun 23-də görkəmli müğənni, Xalq artisti Flora Kərimovanı 85 illiyi münasibətilə evində ziyarət edib.

Bu barədə  Mədəniyyət Nazirliyindən məlumat verilib.

Nazir Xalq artistini yubileyi münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

Qeyd olunub ki, görkəmli bəstəkarların mahnıları sənətkarın ifasında musiqisevərlərin rəğbətini qazanıb, bu gün də könülləri oxşayır.

Prezident İlham Əliyev tərəfindən mədəniyyətə və incəsənət xadimlərinə daim diqqət və qayğı göstərildiyini deyən Adil Kərimli Flora Kərimovanın sənətinin də yüksək qiymətləndirildiyini bildirib.

Xalq artisti Flora Kərimova müalicəsinə göstərdiyi diqqət və dəstəyə görə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.




Şərhlər

Eli 2026-07-24 00:06:28

Flora Xanım bir Senetkar kimi ən böyük hörmət ve diqqətə layiqdir.Allah qorusun sağlam ömür versin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol