İraqın Baş naziri Əli əl-Zeydi və onu müşayiət edən nümayəndə heyətinin Tehrana rəsmi səfəri çərçivəsində iki ölkənin rəhbərlərinin iştirakı ilə 4 əməkdaşlıq sənədi imzalanıb.

"Report" xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

"Yükdaşımalar üzrə avtomobil nəqliyyatı haqqında saziş, Xosrəvi–Xaneqin–Bağdad dəmir yolunun tikintisi üzrə anlaşma memorandumu, Tehran və Bağdad şəhərlərinin qardaşlaşması haqqında anlaşma memorandumu, eləcə də dövlət idarəçiliyi, təhsil və insan resursları sahəsində razılaşma imzalanıb", - məlumatda bildirilib.

Sənədlər Sədabad sarayında İran Prezidenti Məsud Pezeşkian və İraqın Baş naziri Əli əl-Zeydinin iştirakı ilə iki ölkənin rəsmiləri tərəfindən imzalanıb.

Xatırladaq ki, Pezeşkian İraqın İrandakı səfiri ilə görüşdə heç bir amilin bu iki ölkə arasında münasibətləri poza bilməyəcəyini vurğulayıb.