ABŞ-nin İordaniya və Bəhreyndəki hərbi bazaları İranın pilotsuz uçuş aparatlarının (PUA) hədəfinə çevrilib.

"AzPolitika" xəbər verir ki, Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında bildirilib.

"Dronlar vasitəsilə Bəhreyndəki "Şeyx İsa" bazasında Amerika ordusunun qüvvələrinə aid yanacaq çənləri, anbarlar və böyük avadanlıq anqarları ilə yanaşı, yerləşmə məntəqələrinə zərbələr endirilib", - SEPAH-dan vurğulanıb və əlavə edilib ki, Amerika ordusunun İordaniyadakı "Əl-Əzraq" bazası da PUA hücumuna məruz qalıb.

Bəyanatda bildirilir ki, həmin bazadakı aerodrom, təyyarələrin təmiri, texniki xidmət anqarı və yerləşmə məntəqələri vurulub: "İranın qanuni maraqlarına qarşı yönəlmiş istənilən addım regionun digər ölkələrinin də təhlükəsizlik və iqtisadi üstünlüklərdən məhrum olması ilə nəticələnəcək".