Bakı-Quba yolunda piyadanın ölümü ilə nəticələnən ağır qəza baş verib.
"AzPolitika" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Dünən saat 14:00 radələrində magistral yolun 53-cü kilometrliyində "VAZ-11173" markalı avtomobil yolu təyin olunmayan yerdən keçən piyadanı vurub. Nəticədə piyada hadisə yerində həyatını itirib.
BDYPİ hadisə ilə bağlı piyadaları daha məsuliyyətli olmağa və yolu yalnız piyada keçidlərindən istifadə edərək keçməyə çağırıb.

Şərhlər