Menu

Rusiyadan Ermənistana növbəti zərbə - "Rosselxoznadzor" təhlükəli sayır

24.07.2026, 11:22
Rusiyadan Ermənistana növbəti zərbə - "Rosselxoznadzor" təhlükəli sayır

Rusiya 2026-cı il iyulun 27-dən Ermənistandan süd məhsullarının idxalını məhdudlaşdırır.

"AzPolitika" xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb.

Qurumdan qeyd edilib ki, iyulun 14-dən 21-dək "Rosselxoznadzor"un mütəxəssisləri əvvəllər baytarlıq xidmətinin zəmanəti ilə açılmış və məhsullarını Rusiyaya tədarük edən Ermənistanın süd emalı müəssisələrində yoxlama aparıblar.

"Aşkar edilmiş pozuntularla əlaqədar "Rosselxoznadzor" təhlükəli süd məhsullarının Rusiyaya idxalının qarşısının alınması və daxili bazarda satışına yol verilməməsi üçün tədbirlər görüb", - məlumatda bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol