Məhkəmə qərarı ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrliyindən uzaqlaşdırılan Özgür Özəl CHP sıralarından istefa verib və yeni siyasi partiyanın yaradıldığını elan edib.
"AzPolitika" Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyədə siyasi gündəmdə diqqətçəkən hadisə baş verib. Məhkəmə qərarı ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrliyindən uzaqlaşdırılan Özgür Özəl CHP sıralarından istefa verib və yeni siyasi partiyanın yaradıldığını elan edib.
Özgür Özəl bildirib ki, təsis ərizəsini imzaladığı yeni siyasi təşkilatın adı rəsmi olaraq "Yeni Partiya" olacaq.
O, "Vətənimiz, millətimiz, partiyamız və hamımız üçün xeyirli olsun" sözləri ilə yeni siyasi fəaliyyətlərinə uğurlar arzulayıb.
Məlumata görə, Özəlin təşəbbüsünə CHP-dən geniş dəstək gəlib. Belə ki, partiyanın 130 millət vəkilindən 91-i CHP-dən istefa verərək Yeni Partiyanın Təsisçilər Şurasına qoşulub.
"AzPolitika.info"

Şərhlər