Ukraynanın Donetsk vilayətindəki Dobropolye məntəqəsi istiqamətində Rusiya ordusu son dövrlərin ən böyük tank hücumunu həyata keçirməyə cəhd edib.
“AzPolitika” xəbər verir ki, Ukrayna mediasında bu hücumla bağlı məlumat və görüntülər yayımlanıb.
Ukrayna Silahlı Qüvvələrinin rəsmi məlumatına görə, iri miqyaslı tank hücumunun qarşısı uğurla alınıb.
Məlumatda deyilir ki, nəticədə doqquz tank, iki zirehli texnika, üç “Qrad” atıcı qurğusu və onlarla işğalçı məhv edilib.
Ukrayna tərəfinin paylaşdığı videoda Ukrayna dronları növbə ilə düşmən zirehli texnikalarını və motosikletlərdəki rus əsgərlərini məhv edir.
Bundan öncə eyni istiqamətdə Rusiyanın “Buk-M3” zenit-raket sistemi məhv edilib. Belə bir sistemin qiyməti 50 milyon dollardır.
Qeyd edək ki, Dobropolye istiqaməti Donetsk vilayətinin şimal-qərbində, Slavyansk-Kramatorsk aqlomerasiyasının cənubunda yerləşir.
VİDEO linkdə: https://www.unian.net/war/okkupanty-predprinyali-m...
“AzPolitika.info”

Şərhlər