Menu

Banqladeş Prezidenti istefa verməyə hazırlaşır

24.07.2026, 15:56
Banqladeş Prezidenti istefa verməyə hazırlaşır

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin Çuppu istefa verməyə hazırlaşır.

"AzPolitika" xəbər verir ki, bu barədə "Reuters" mənbəyə istinad edərək məlumat yayıb.

Agentliyin məlumatına görə, 76 yaşlı dövlət başçısı artıq qərarını Baş nazir Tariq Rahmana çatdırıb.

Qanuna görə, istefa məktubu parlamentin spikeri Hafiz Uddin Əhməd tərəfindən Taylanddan qayıtdıqdan sonra qəbul edilməlidir. 

Şahabuddin 2023-cü ilin aprel ayından bəri prezidentdir. 2024-cü ildə Baş nazir Şeyx Hasinanın kütləvi tələbə etirazları fonunda istefasından sonra ölkənin müvəqqəti hökumətinə Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus rəhbərlik edirdi.

Keçən ilin dekabrında Şahabuddin Reuters-ə bildirib ki, müvəqqəti hökumətin hərəkətlərindən utandığı üçün istefa vermək istəyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol