ABŞ və Danimarka diplomatları Qrenlandiya ilə bağlı ən azı beş raund danışıqlar keçiriblər və tərəflər yaxın aylarda razılığa gələ bilərlər. 

"AzPolitika" xəbər verir ki, bu barədə "The Washington Post"un köşə yazarı David Iqnaises yazıb.

Onun sözlərinə görə, Vaşinqton və Kopenhagen ABŞ-nin adada hərbi mövcudluğunu genişləndirməsinə imkan verəcək razılaşmanı müzakirə edirlər, lakin bu, Danimarkanın suverenliyini və Qrenlandiyanın muxtariyyətinə ziyan vurmur.

ABŞ Şimal Komandanlığı gələcək hərbi bazaların yerləşdirilməsi üçün artıq üç mümkün yer müəyyən edib. "Biz bir-birimizin qırmızı xətlərinin harada olduğunu başa düşürük," danışıqlardan xəbərdar olan bir mənbə deyib.

Qrenlandiya Danimarka daxilində muxtar ərazidir. 1951-ci ildə ABŞ və Danimarka NATO-nun müttəfiq öhdəlikləri çərçivəsində adanı qorumaq üçün razılığa gəldilər. ABŞ Prezidenti Donald Tramp dəfələrlə bildirib ki, Qrenlandiya Amerikanın təhlükəsizliyi üçün strateji əhəmiyyətə malikdir.