İraq hakimiyyəti baş nazir Əli əl-Zeydinin Tehrana səfəri zamanı ABŞ-nin atəşkəs təklifini İran rəhbərliyinə çatdırdığı barədə məlumatı rədd edib.

"AzPolitika" xəbər verir ki, bu, İraq hökumətinin rəhbərinin mətbuat xidmətinin verdiyi açıqlamada bildirilir.

Bəyanatda qeyd olunur ki, 23 iyulda "The New York Times"da dərc olunan məlumatlar əsassızdır və reallığa uyğun gəlmir.

Mətbuat xidməti həmçinin medianı rəsmi mənbələrə güvənməyə, dəqiqliyi qorumağa və anonim mənbələrə istinad edərək təsdiqlənməmiş məlumatları yaymamağa çağırıb.

Daha əvvə The New York Times mənbələrə istinad edərək xəbər verib ki, Tehran Vaşinqtonun atəşkəs təklifini rədd edib. Nəşrin məlumatına görə, İraq baş naziri bu təklifi İslam Respublikasının paytaxtına səfəri zamanı İran rəhbərliyinə çatdırıb.