Pakistanın şimal-qərbində yoxlama məntəqəsinə intihar hücumu edilib.
"AzPolitika" xəbər verir ki, Xinhua xəbər agentliyi tərəfindən ölkənin təhlükəsizlik xidmətlərinə istinad edən verilən xəbərə görə, hücum nəticəsində ən azı 14 nəfər ölüb.
Agentliyin məlumatına görə, hadisə Tank ərazisində baş verib. Avtomobil yüksək sürətlə yoxlama məntəqəsinə çırpılıb, bundan sonra güclü partlayış baş verib.
Həlak olanlar arasında doqquz hərbçi, dörd polis zabiti və meşə idarəsinin bir əməkdaşı var. Ən azı 24 nəfər daha yaralanıb, onların əksəriyyəti hərbçidir.
Zərərçəkənlər xəstəxanalara çatdırılıb. Xilasetmə xidmətləri dağıntıları aradan qaldırmağa çalışır. Ehtimal edilir ki, dağıntılar altında daha üç hərbçi ola bilər.
Partlayışdan sonra təhlükəsizlik qüvvələri üç silahlını məhv edib. Hələlik heç bir ekstremist qrup hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Şərhlər