Hindistanda tibb kolleclərinə qəbul imtahanlarının nəticələrinin ləğv edilməsi ölkəni ayağa qaldırıb.
"AzPolitika" xarici mediaya istinadən xəbər verir ki, sual tapşırıqlarının internetə sızması səbəbindən qəbul edilən bu qərar minlərlə gəncin kütləvi etirazlarına yol açıb.
Yeni-Dehlidə parlament binasına doğru yürüş edən on minlərlə etirazçıya qarşı xüsusi təyinatlı polis qüvvələri rezin dəyənək və gözyaşardıcı qazdan istifadə edib. Baş verən şiddətli toqquşmalar zamanı 60 etirazçı və 118 polis əməkdaşı xəsarət alıb.
Küçələrə axışan gənclər təhsil nazirinin dərhal istefasını və imtahan sistemində köklü islahatların aparılmasını tələb edirlər.
Nəticələrin ləğvindən sonra 20 tələbənin intihar etdiyi bildirilir. Etirazçılar hökumətdən həyatını itirən gənclərin ailələrinə təzminat ödənilməsini də tələb edirlər.
"AzPolitika.info"

Şərhlər