Menu

“Bu qış Putinin son ümid yeridir” - “44 ton qızıl satıb, imkanları tükənir”

24.07.2026, 17:50
“Bu qış Putinin son ümid yeridir” - “44 ton qızıl satıb, imkanları tükənir”

Bu qış Vladimir Putinin Ukraynanı sındırmaq üçün son ümid yeri ola bilər, çünki Rusiyanın resursları tükənir. 

“AzPolitika” xəbər verir ki, bunu Polşa Xarici İşlər naziri Radoslav Sikorski “TVP info”-ya açıqlamasında deyib.

Nazir Rusiyanın qarşılaşdığı iqtisadi problemlərə diqqət çəkib. Onun sözlərinə görə, təkcə bu ilin birinci yarısında Rusiya öz ehtiyatlarından 44 ton qızıl satıb - bu, indiyə qədər ən yüksək göstəricidir. Sikorskinin fikrincə bu, ölkənin resurslarının tədricən tükəndiyini göstərir.

"Bu o deməkdir ki, Rusiyanın resursları tükənir. Bu qış Putinin Ukraynanı sındırmaq üçün son ümidi ola bilər. Ukraynanın bu müharibəyə nəinki dözməsi, həm də qalib gəlməsi bizim maraqlarımıza uyğundur", - deyə o bildirib.

Sikorski onu da əlavə edib ki, Rusiya Ukrayna ilə Polşa arasında münasibətlərin pozulmasında maraqlıdır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol