Əlavə xərclər paketinin təsdiqlənməsi prosesi konqresdə faktiki olaraq dalana dirəndiyindən ABŞ administrasiyası İrana qarşı hərbi əməliyyatı davam etdirmək üçün maliyyə mənbələri axtarır.
Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata görə, Vaşinqtonda hərbi əməliyyatların maliyyələşdirilməsini necə təmin etməyi müzakirə edirlər, çünki yeni ayırmalar paketinin razılaşdırılması çətinliklərlə üzləşib. Bununla əlaqədar Ağ Ev lazımi vəsaitləri əldə etmək üçün alternativ yollar axtarmaq məcburiyyətində qalıb.
Nəşr qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp qanunvericiləri əlavə maliyyənin ayrılmasını dəstəkləməyə inandırmaq üçün, demək olar, heç bir səy göstərmir.
Daha əvvəl ABŞ müdafiə naziri Pit Heqset senatda bildirib ki, Vaşinqtonun İrana qarşı hərbi əməliyyat üçün çəkdiyi xərclər təxminən 37,5 milyard dollar təşkil edir. /"Report"

Şərhlər