Ermənistan Rusiya bazarını itirəcəyi təqdirdə pendir ixracından əldə etdiyi gəlirlərin 80%-dən çoxundan məhrum ola bilər.

"AzPolitika" xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd edək ki, ötən gün Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) Ermənistandan Rusiyaya süd məhsullarının tədarükünə müvəqqəti məhdudiyyət tətbiq edəcəyini açıqlamışdı.

2025-ci ilin yekunlarına əsasən, Ermənistanın dünya bazarlarına pendir ixracından əldə etdiyi gəlir 16,4 milyon ABŞ dolları təşkil edib. Bunun 13,5 milyon ABŞ dolları Rusiyaya ixracın payına düşüb. Rusiya bazarı Ermənistanın pendir ixracından əldə etdiyi gəlirlərin təxminən 83%-ni təmin edib.

Rusiya Ermənistan pendirinin ən böyük alıcısı olmaqla yanaşı, hər ay bu ölkədən milyonlarla dollar dəyərində pendiri müntəzəm idxal edən yeganə ölkədir.

2025-ci ildə Ermənistan pendirinin digər əsas alıcıları ABŞ (1,8 milyon ABŞ dolları) və Gürcüstan (670,9 min ABŞ dolları) olub.