Hindistanın təhsil naziri Darmendra Pradan imtahan materiallarının sızması ilə bağlı tələbə etirazları fonunda istefa verib.

"AzPolitika" xəbər verir ki, nazir mayın 3-də keçirilən imtahan zamanı pozuntuların aşkar edildiyini etiraf edib.

Onun sözlərinə görə, Hindistan hökuməti məsələ ilə bağlı araşdırma başladıb və təkrar imtahanın tarixi açıqlanıb.

Son günlər Hindistanda test tapşırıqlarının sızması səbəbindən tibbi ixtisaslara qəbul imtahanlarının maydan iyuna keçirilməsi ilə bağlı etiraz dalğası başlayıb.

İmtahanda ölkənin 550-dən çox şəhərində 2,2 milyondan çox gənc iştirak edib.

Etirazçılar baş verənlərə görə təhsil nazirini məsul tutaraq onun istefasını tələb edirlər. Baş nazir Narendra Modi bu cür işlərə məhkəmələrdə sürətlə baxılması və təqsirkarlar üçün cəzaların sərtləşdirilməsi ilə bağlı qanun layihəsinin hazırlanmasını tapşırıb. Hakimiyyət orqanları imtahan sistemində islahatlar hazırlayır.