Rusiyada maraqlı hadisə baş verib.

"AzPolitika" xəbər verir ki, Moskvada fəaliyyət göstərən taksi sürücüsü yolda namaz qıldığına görə cərimələnib.

Kanal mənbəsinə istinad edib. Mənbənin məlumatına görə, Əhməd adlı çeçen millətindən olan taksi sürücüsü həmin gün növbədə olub. Namaz vaxtı çatanda isə o, Moskvanın şərqindəki Zverinets küçəsində imiş. Sürücü maşından düşüb, namaz qılıb, sonra yoluna davam edib.

Yoldan keçən bir nəfər hadisəni lentə alıb və Rusiya Daxili İşlər Nazirliyinin Ekstremizmlə Mübarizə Baş İdarəsinə məlumat verib.

İki həftə sonra Əhməd saxlanılıb və prokurorluğa aparılıb. O, yaxınlıqda xüsusi namaz yerləri olmadığı üçün küçədə namaz qılmalı olduğunu deyib. Çeçen sürücü xəbərdarlıqla günahının bağışlanmasını istəsə də, iş məhkəməyə göndərilib və Əhməd 5000 rubl cərimələnib.