Menu

Axtarışda olan 106 nəfər saxlanılıb - 74 -ü buna görə axtarılırdı

25.07.2026, 17:48
Axtarışda olan 106 nəfər saxlanılıb - 74 -ü buna görə axtarılırdı

Ötən gün axtarışda olduğuna görə ümumilikdə 106 nəfər saxlanılıb.

Bu barədə "AzPolitka"ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, cümlədən borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, ötən gün polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol