Menu

Azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi

25.07.2026, 17:35
Azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi

Astara rayonunda məsciddə azyaşlılara dini dərnəklər təşkil edən şəxs müəyyən edilib.

"AzPolitika" Teleqraf-a istinadla xəbər verir ki, 1985-ci il təvəllüdlü şəxs rayonun Şahağacı məscidində azyaşlılara dini dərnək təşkil edib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsi ilə protokol tərtib edilib.

Həmin şəxs izahatında göstərib ki, heç bir dərnək və dərs təşkil etməyib, uşaqlar yaxınlaşaraq ərəb hərfləri öyrənmək istədiklərini bildirib, o da bildiklərini onalara öyrətməyə çalışıb.

Astara Rayon Məhkəməsinin qərarı ilə həmin şəxs 1500 manat miqdarında cərimə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol