Meşə yanğınları nəticəsində Madrid bölgəsindən təxliyə edilən vətəndaşların sayı 70 minə çatıb.
"Report" xəbər verir ki, bu barədə EFE-yə istinadən "İnterfaks" məlumat yayıb.
Qeyd olunub ki, yalnız bu gün ərzində İspaniyanın Madrid və Kastiliya və Leon muxtar icmalarında 30 min nəfərə təxliyə olunmaq barədə göstəriş verilib.
Ötən gün yanğınlarla əlaqədar İspaniyanın Madrid muxtar icmasında və onunla qonşu olan Avila əyalətində (Kastiliya və Leon muxtar icması) milli səviyyədə fövqəladə vəziyyət tətbiq edilib.
Hakimiyyət bu tədbiri presedentsiz adlandırıb, çünki tarixdə ilk dəfədir ki, o, təbii yanğın zamanı tətbiq edilir. Əvvəllər İspaniyada milli səviyyədə fövqəladə vəziyyətlər yalnız elektrik enerjisinin kütləvi şəkildə kəsilməsi halında tətbiq edilirdi.

Şərhlər