Böyük Britaniya NATO ölkələrinin hərbi layihələrini maliyyələşdirmək üçün Kanadanın rəhbərliyi ilə yaradılan Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankına (Defence, Security and Resilience Bank, DSRB) qoşulma imkanını nəzərdən keçirir.

"Report" xəbər verir ki, bu barədə "The Sun on Sunday" mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Böyük Britaniyanın yeni maliyyə naziri Con Hili ölkənin DSRB-yə qoşulmasını dəstəkləyir. O, bu layihədə iştirak üçün 1 milyard avro məbləğində ödəniş edilməsinə qarşı çıxan sələfi Reyçel Rivsdən fərqli mövqe tutur. Təşəbbüsü həmçinin Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq də dəstəkləyir.

Xatırladaq ki, bundan əvvəl Albaniya, Belçika, Yunanıstan, Kanada, Latviya, Lüksemburq, Rumıniya, Türkiyə və Ukrayna DSRB-nin yaradılmasında iştirak etmək niyyətlərini açıqlamışdılar.

Qeyd olunur ki, yeni maliyyə konsorsiumunun qərargahı Monrealda yerləşəcək. Onun məqsədi müdafiə layihələrinin maliyyələşdirilməsi üçün 134 milyard dollara qədər vəsait cəlb etməkdir.