Menu

"Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb" - FAKTİKİ HAVA

26.07.2026, 11:06
"Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb" - FAKTİKİ HAVA

Ölkə ərazisində hava şəraiti yağmursuz keçib.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 26-sı saat 10:00-a olan məlumatında qeyd edilib.

Bildirilib ki, ötən gün Xaçmazda cənub-şərq küləyi əsib, küləyin maksimal sürəti 25 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da, eləcə də Aran rayonlarında 39, dağlıq rayonlarda isə 29 dərəcəyədək isti müşahidə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol