Bazar günü səhər saatlarına qədər ölkəni vuran "Noul" tayfunu səbəbindən Çinin Quandun əyalətinin 715 mindən çox sakini təxliyə edilib.
"Report" "Nanfang Daily" qəzetinə istinadən xəbər verir ki, bu barədə əyalət hakimiyyəti məlumat yayıb.
"Tayfunun yaxınlaşması ilə əlaqədar Quandunun müxtəlif rayonlarının hakimiyyət orqanları və idarələri yüksək hazırlıq rejiminə keçib və təbii fəlakətin fəsadlarından qorunmaq üçün birgə tədbirlər görürlər", - məlumatda bildirilib.
Daha əvvəl bildirilmişdi ki, yaxınlaşan "Noul" tayfunu səbəbindən Çinin cənubundakı Quandun əyalətində 340 mindən çox sakin təxliyə edilib.

Şərhlər