İranın xarici işlər naziri Abbas Əraqçi Ukrayna ordusunun Xəzər dənizində ticarət gəmisinə hücumunu qınayıb.

Bu barədə A. Əraqçi özünün sosial şəbəkə hesablarında paylaşım edib.

"Zelenski (Ukrayna Prezidenti Volodimir Zelenski – red.) İran ticarət gəmisinə hücum edərək dənizçini öldürüb", - Əraqçi yazıb.

O, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas və rusiyalı həmkarı Sergey Lavrovla telefon danışıqlarında bu hücumun müzakirə olunduğunu açıqlayıb: "Söhbət zamanı açıq şəkildə bildirdim ki, bu, cavabsız qala bilməz".

Xatırladaq ki, İranın Xəzər dənizindəki ticarət gəmisinə Ukrayna Silahlı Qüvvələri tərəfindən hücum edilib, bir nəfər ölüb, daha iki nəfər yaralanıb.