Menu

Yunanıstanda müxalifət Ukraynaya HHM sistemlərinin verilməsinə qarşı çıxıb

27.07.2026, 08:13
Yunanıstanda müxalifət Ukraynaya HHM sistemlərinin verilməsinə qarşı çıxıb

Yunanıstanın "Yunan Həlli" müxalif partiyası hökuməti Ukraynaya hava hücumundan müdafiə sistemləri verməməyə çağırıb.

APA xəbər verir ki, bu barədə partiyanın lideri Kiriakos Velopulos bildirib.

Onun sözlərinə görə, Ukrayna Afinadan əlavə HHM sistemləri istəyir və partiya bunun qarşısını almaq üçün parlamentdə və ondan kənarda bütün imkanlardan istifadə edəcək.

Velopulos belə silah tədarükünün Yunanıstanın milli təhlükəsizliyi üçün qəbuledilməz olduğunu vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol