ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ABŞ-İran müharibəsi ilə bağlı rəsmi itki statistikasını yeniləyib.

APA xəbər verir ki, Pentaqonun Müdafiə İtkilərinin Təhlili Sisteminə (DCAS) 140-dan çox yaralı hərbçi əlavə edilib. Bununla yanaşı, iyulun 7-dən etibarən həlak olan və yaralanan hərbçilər üçün "Xarici əməliyyatlar" (Overseas Operations) adlı yeni kateqoriya yaradılıb.

Yenilənmiş məlumatlara əsasən, münaqişənin ilk mərhələsi kimi təqdim olunan və "Operation Epic Fury" (Epik Qəzəb) adlandırılan əməliyyat zamanı 14 ABŞ hərbçisi həlak olub, 400-dən çox hərbçi isə yaralanıb.

Yeni statistikaya əsasən, ABŞ-ın fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlamasından indiyədək ümumilikdə 18 hərbçi həlak olub, 624 hərbçi isə yaralanıb.