Sosial şəbəkələrdə yayılan maraqlı görüntü istifadəçilərin diqqətini cəlb edib.

"AzPolitika" xəbər verir ki, kadrlarda Şəkidə qeyri-adi parkinq qaydası əks olunub. Dayanacağın girişində yerləşdirilən lövhədə BMW markalı avtomobil idarə edən sürücülər üçün parkinqin ödənişsiz olduğu qeyd edilib.

Məlumata görə, görüntü həmin məkana avtomobili ilə gələn BMW sürücülərindən biri tərəfindən lentə alınaraq sosial şəbəkədə paylaşılıb.

Qısa zamanda geniş yayılan video istifadəçilər arasında müxtəlif fikirlərə səbəb olub. Bəziləri bunu uğurlu marketinq addımı kimi qiymətləndirərkən, digərləri isə belə yanaşmanın digər sürücülər üçün ədalətli olmadığını bildirib.

Qəribə parkinq qaydası əks olunan görüntülər sosial şəbəkələrdə müzakirə mövzusu olmağa davam edir.