Menu

Kraudfandinq platforması ilə əlaqədar dövlət rüsumu müəyyənləşib

27.07.2026, 14:33
Kraudfandinq platforması ilə əlaqədar dövlət rüsumu müəyyənləşib

Hüquqi şəxslərin kraudfandinq platformasının idarə edilməsi fəaliyyəti üzrə Mərkəzi Bankın reyestrinə daxil edilməsi üçün dövlət rüsumu müəyyənləşib.

Bu, Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, hüquqi şəxslərin kraudfandinq platformasının idarə edilməsi fəaliyyəti üzrə Mərkəzi Bankın reyestrinə daxil edilməsi üçün 2750 manat məbləğində dövlət rüsumu müəyyən olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol