Rumıniya Rusiya diplomatlarından birini ölkədən çıxarmaq qərarı verib.

“AzPolitika” xəbər verir ki, Rusiya PUA-larının bir neçə gün ardıcıl Rumıniya sərhədlərini pozaraq ölkənin hava məkanına girməsi iki ölkə arasında diplomatik gərginliyə səbəb olub.

Rumıniya Hərbi Hava Qüvvələri üç gün ərzində Rumıniya hava məkanında üç PUA-vurub. Buxarest bu aparatların Rusiyaya məxsus olduğunu iddia edir. Rumıniya Xarici İşlər Nazirliyi bu barədə açıqlama yayıb.

Orada qeyd olunur ki, Rusiya səfiri Vladimir Lipayev 24-26 iyul 2026-cı il tarixləri arasında Rumıniya ordusunun icazəsiz ölkə ərazisinə daxil olan üç dronu vurması və Rumıniynaın hava məkanının təkrar pozulması ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb.

Rusiya səfirinə Rumıniya tərəfindən "qəti etiraz" təqdim olunub. Ona həmçinin Rusiya diplomatlarından birinin beş gün ərzində ölkəni tərk etməsi tələb olunan şifahi nota verilib. Bundan əlavə, Rumıniya səfiri məsləhətləşmələr üçün Moskvadan Buxarestə geri çağırılıb.

“AzPolitika.info”