Gürcüstanda saxlanıldıqdan sonra həbsdən azad edilən Şəmsi Səmədzadə artıq 10 gündür Azərbaycandadır.

“AzPolitika” Ajans.az-a istinadla xəbər verir ki, Ş.Səmədzadə mal-qara oğurluğuna görə həbs edilməsi ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini deyib.

O, sayta bildirib ki, baş verən hadisə yol-nəqliyyat qəzası və sonradan yaranan anlaşılmazlıqla bağlı olub.

Bununla yanaşı, o, Azərbaycanda biznes fəaliyyətini yenidən davam etdirəcəyini qeyd edib. 

Ş.Səmədzadə Türkiyə ilə də sıx işgüzar əlaqələrinin olduğunu da vurğulayıb.

"AzPolitika.info"