Menu

Trampın Zelenski ilə görüşünün tarixi açıqlanıb

28.07.2026, 08:05
Trampın Zelenski ilə görüşünün tarixi açıqlanıb

ABŞ Prezidenti Donald Tramp 28 iyul Çərşənbə axşamı günü Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

APA xəbər verir ki, bu barədə Trampın bazar ertəsi günü dərc olunmuş görüş cədvəlində göstərilib.

Oval Ofisdəki görüşün jurnalistlər üçün qapalı keçirilməsi planlaşdırılır.

Cədvələ uyğun olaraq, Tramp daha sonra Oval Ofisdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşəcək.

Bu görüşün də jurnalistlər üçün qapalı keçirilməsi planlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol