Bakıda iyulun 27-dən başlayan güclü külək nəticəsində ayın 28-i səhər saatlarına qədər 48 ağac aşıb, 63 budaq sınıb.

Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyindən məlumat verilib.

Bildirilib ki, birliyin briqadaları sınan ağacların kəsilməsini, sınan budaqların budanmasını təmin ediblər.