ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, diplomatik səylər razılaşma ilə nəticələnməzsə, Vaşinqton İrana qarşı "çox sərt hərbi əməliyyatları" bərpa etməyə hazırdır.

Bu barədə o, "Axios" nəşrinə müsahibəsində bildirib.

Trampın sözlərinə görə, o, vasitəçilərin danışıqlara daha bir şans vermək xahişindən sonra ABŞ-ın İrana zərbələrini müvəqqəti dayandırmağa razılaşıb.

Hazırda diplomatik səylər Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpası və yeni nüvə razılaşması üzrə danışıqlara hazırlığa yönəldilib.

"Əgər danışıqlar uğurla nəticələnməzsə, biz çox sərt hərbi əməliyyatlara qayıdacağıq", — deyə Tramp bildirib və əlavə edib ki, diplomatiyanın nəticələrini uzun müddət gözləmək fikrində deyil. Onun sözlərinə görə, "ya hər şey sürətlə irəliləyəcək, ya da heç nə baş verməyəcək".

"AzPolitika.info"