Menu

Yararsız bioloji aktiv qida məhsulu barədə tədbir görülüb

28.07.2026, 12:33
Yararsız bioloji aktiv qida məhsulu barədə tədbir görülüb

Yararsız bioloji aktiv qida məhsulu barədə tədbir görülüb.

Bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları fiziki şəxs Bağırzadə Məlik Namik oğlu tərəfindən Türkiyədən idxal olunmuş, “Cosmoactive İlaç Anonim Şirketi”nin istehsalı olan “Bilgam” TABLET N 30 (02.03.2026-cı il istehsal və 02.03.2029-cu il son istifadə tarixli, 26001 partiya nömrəli) əmtəə nişanlı bioloji aktiv qida məhsulundan (BAQM) nümunələr götürüblər.

Məhsulun etiket məlumatlarında Vitamin B12 göstəricisinin müəyyən miqdarı bəyan edilsə də, laborator nəticələrə əsasən, məhsulda həmin göstərici aşkar edilməyib.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsul partiyası Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol