Menu

Elon Maskın sərvətinə təsir edən çöküş: SpaceX-in dəyəri yarıdan çox azaldı

28.07.2026, 15:06
Elon Maskın sərvətinə təsir edən çöküş: SpaceX-in dəyəri yarıdan çox azaldı

Elon Maskın SpaceX şirkəti iyun ayından bəri bazar kapitalizasiyasında 1.2 trilyon dollardan çox itirib. 

"AzPolitika" xəbər verir ki, bu, Maskın rəhbərlik etdiyi elektrik avtomobil istehsalçısı Teslanın qiyməti ilə müqayisə edilə bilər.

Qeyd edilib ki, SpaceX səhmləri ictimaiyyətə açıldıqdan sonra iyunun ortalarında 225.6 dollara yüksəlib, lakin 27 iyulda şirkətin səhmləri 113.5 dollara düşüb. Bu, SpaceX-in bazar kapitallaşmasında 1.2 trilyon dollar itkiyə səbəb olub. Müqayisə üçün qeyd edək ki, Teslanın kapitalı 1.22 trilyon dollardır.

Mask əvvəllər ironik şəkildə özünü "keçmiş trilyoner" adlandırmışdı. 12 iyun tarixində o, qurduğu SpaceX şirkətinin səhmlərinin ticarətinə başlandıqdan sonra sərvəti 1 trilyon dolları keçən ilk şəxs olub. Bloomberg Milyarderlər İndeksinə görə, 24 iyun tarixində onun aktivləri 957 milyard dollara düşüb və indi sərvəti 709 milyard dollara çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol