Sosial şəbəkələrdə keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun rəhbərliyi ilə Bakıda diplomatiya kurslarının təşkil ediləcəyi və iştirakçılara xüsusi sertifikatların veriləcəyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

"AzPolitika" xəbər verir ki, sabiq nazir sosial şəbəkə hesabında açıqlama yayaraq adından icazəsiz istifadə edildiyini bildirib və vətəndaşlara xəbərdarlıq edib.

T.Zülfüqarov tanışlarının ona müraciət edərək oktyabr ayında belə bir tədbirdə "iştirak edəcəyi" barədə soruşduqlarını qeyd edib: "Əziz dostlar, mən bu cür işlərlə məşğul olmuram və adımdan istifadə mənim razılığım olmadan həyata keçirilir. Xahiş edirəm bu məlumatı nəzərə alasınız".

Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə tanınmış ictimai-siyasi xadimlərin, sabiq diplomatların adından istifadə edərək müxtəlif ödənişli təlim və kurslar elan edən səhifələrin sayı artıb. Sabiq nazir bu bəyanatı ilə adıçəkilən "sertifikat proqramı" ilə heç bir əlaqəsinin olmadığını qətiyyətlə bəyan edib.

Rasim

"AzPolitika"