Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "AHBAP" Dərnəyinə (müğənni Haluk Leventin təsisçisi olduğu xeyriyyə təşkilatı) və digər bəzi yardım platformalarına qarşı aparılan maliyyə yoxlamaları və təhqiqatlarla bağlı ilk dəfə rəsmi reaksiya verib.

"AzPolitika" Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə lideri təbii fəlakətlər və çətin dövrlərdə xalqın köməklik və həmrəylik hisslərindən sui-istifadə edənlərə karşı güzəştsiz mövqe nümayiş etdiriləcəyini vurğulayıb.

Ərdoğan çıxışında hüquq-mühafizə və audit orqanlarının fəaliyyətinə toxunaraq kəsərli xəbərdarlıq edib: "Xalqımızın təmiz duyğularını istismar edənlərə, xüsusilə fəlakət günlərində fürsətcillik edənlərə göz yumulmayacaq. Bu cür əməllərə yol verənlər bu gün ədalət qarşısında cavab verirlər".

Qeyd edək ki, son zamanlar Türkiyədə fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları və yardım fondlarının topladığı vəsaitlərin idarə olunması, xərcləmələrin şəffaflığı və maliyyə hesabatlılığı ilə bağlı genişmiqyaslı yoxlamalar həyata keçirilir. Müğənni Haluk Leventin yardım kampaniyalarında toplanan vəsaitlərin təyinatı üzrə işlədilməsi araşdırma mövzusudur.

Rasim

"AzPolitika.info"