İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampla Ağ Evin Oval kabinetində keçiriləcək görüşündə İranla münaqişənin, eləcə də "İbrahim sazişləri"nin genişləndirilməsinin müzakirə edilməsi planlaşdırılır.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, tərəflər, həmçinin İsrail və Livan arasında çərçivə sazişinin irəlilədilməsi üzrə səyləri müzakirə edəcəklər.

Bildirilib ki, ABŞ-də İsrailin qoşunlarını Livandan çıxarmağa davam etməsini istəyirlər, lakin Netanyahu "oktyabrda keçiriləcək seçkilər ərəfəsində belə bir addıma könülsüz gedir".